Dünya
Medvedyev yeni hökumətini açıqladı
Rusiyanın baş naziri Dmitri Medvedyev prezident Vladimir Putinlə görüşdən sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.
Publika.Az-ın məlumatına görə, Medvedyev kabinetin 75 faizinin dəyişdiyini bildirib.
Medvedyevin yeni kabinetində Kremlin mətbuat katibi Vladislav Surkov, Kremlin iqtisadi məsələlər üzrə müşaviri Arkadi Dvorkoviç, Qafqaz qubernatoru Aleksandr Xloponin və Moskva bələdiyyəsinin səhiyyə və təhsil işləri üzrə rəhbəri Olqa Qolodets baz nazirin müavini postuna gətiriliblər.
Baş nazirin müavinləri Dmitri Roqozin və Dmitri Kozak yeni kabinetdə də eyni vəzifədə qalacaqlar.
Rusiyanın iki önəmli nazirliyi Xarici İşlər və Müdafiə nazirliklərində dəyişiklik olmayıb. Xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Anatoli Serdyukov öz yerlərini qoruyublar.
Rusiya enerji naziri Sergey Şmatkonun yerinə Aleksandr Novak təyin olunub.
Ən önəmli dəyişiklik isə Daxili İşlər Nazirliyində olub. Rəşid Nurqaliyevin yerinə Moska polisinin rəhbəri Vladimir Kolokolçev gətirilib.
Anar Əhmədov
Publika.Az
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?