İsraildə gecə saat 2-də nələr baş verdi?
Bizi izləyin

Dünya

İsraildə gecə saat 2-də nələr baş verdi?

Bir neçə gün əvvəl ölkədə erkən seçki qərarını açıqlayan İrsail baş naziri Binyamin Netanyahu gözlənilmdən ana müxalifət partiyası Kadima ilə milli birlik hökuməti qurub. Publika.Az-ın məlumatına görə, mayın 8-nə keçən gecə saat 02.00 radələrində yeni hökumətin qurulması xəbəri İsrail siyasətində bomba effekti yaradıb.

Bundan sonra ölkə prezidenti Şimon Peres parlament seçkilərini ləğv edib. Knessetdəki 120 mandatdan 94-nə sahib partiyaların təmsil olunacağı hökumətdə mərkəz sağ partiyası Kadimanın lideri Şaul Mofaz baş nazir müavini olub.

İsraildə çıxan "Haaretz qəzeti" yazıb: "Bütün siyasətçilər və jurnalistlər yuxuda olarkən Netanyahu İsrail siyasətinin kralı oldu. İlk heyrət duyğusundan sonra qəbul etməlisiniz ki, Netanyahu hamımıza bir dərs verdi".

Ertəsi gün səhər Netanyahu ilə birgə mətbuat konfransı keçirən Mofaz üç ay əvvəl Netanyahunun partiyası ilə heç bir halda hökumət qurmayacağını bildirmişdi.

İsrailin istefada olan sabiq baş qərargah rəisi Mofaz Tehranda anadan olub. O, İrana qarşı hərbi əməliyyatların tərəfdarı kimi tanınıb. Bu isə İsraildə "müharibə hökuməti"nin qurulması fikrini möhkəmlədir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm