HƏMAS pilotsuz təyyarələri hərbi parada çıxardı - VİDEO
Bizi izləyin

Dünya

HƏMAS pilotsuz təyyarələri hərbi parada çıxardı - VİDEO

HƏMAS (İslam Müqaviməti Hərəkatı) yaradılmasının 27-ci ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində səmaya pilotsuz təyyarəni buraxıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, keçirilən hərbi paradda yeni silah nümayiş etdirilib.

Pilotsuz hava vasitəsinin İran istehsalı “Ababil" markalı təyyarənin olduğunu bildirilir. HƏMAS fəalları həmçinin “M-75” raketinin növbəti modifikasiyasını nümayiş etdiriblər.

İsrail hava qüvvələri isə cavab olaraq bir neçə hərbi təyyarəni səmaya qaldırıblar.

Qeyd edək ki, HƏMAS-ın əsası 14 dekabr 1987-ci ildə şeyx Əhməd Yasin tərəfindən qoyulub. Təşkilatın həm siyasi, həm də hərbi qanadı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm