“Paralel yapı” əməliyyatında saxlanılanlardan 3-ü buraxıldı
Bizi izləyin

Dünya

“Paralel yapı” əməliyyatında saxlanılanlardan 3-ü buraxıldı

Dünən səhər saatlarında İstanbul Baş Prokurorluğun keçirdiyi “Paralel yapı” əməliyyatında saxlanılanlardan 3-ü sərbəst buraxılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bunlar “Samanyolu” telekanalında yayımlanan “Tek Türkiye” serialının heyətində yer alan Elif Yılmaz, Ebru Şenvardar və Naci Çelik Berksoydur.

Əməliyyat çərçivəsində 31 nəfərin saxlanılması qərarı verilsə də, 27 nəfər saxlanılıb. Barəsində saxlanılma qərarı verilən jurnalist-yazar Nuh Gönültaşın əməliyyatdan bir gün əvvəl Atatürk hava limanından xaricə getdiyi müəyyən olunub.

Türkiyə baş prokurorluqdan verilən açıqlamada deyilir ki, sözügedən şəxslər silahlı terror təşkilatı qurmaq, idarə etmək, üzvü olmaq və böhtan cinayətlərində şübhəli hesab olunduqlarından, onların saxlanılması barədə təlimat verilib.

Avropa Birliyi Komissiyası isə istintaqın müstəqil və obyektiv keçirilməsini tələb edib. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini polis basqınları və jurnalistlərin saxlanılmasının demokratiyanın təməl qanunlarından biri olan media azadlığına uyğun gəlmədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm