Kreml proqnoz verdi: Ukrayna 500 milyard dollardan keçməli olacaq
Bizi izləyin

Dünya

Kreml proqnoz verdi: Ukrayna 500 milyard dollardan keçməli olacaq

Rusiyanın baş naziri Dmitri Medvedev ölkəsinin “Nezavisimaya Qazeta” nəşrində “Rusiya və Ukrayna: yeni qaydalar üzrə həyat” məqaləsini dərc etdirib.

Publika.az-ın verdiyi xəbərə görə, baş nazir Ukrayna ilə Avropa Birliyinin iqtisadi əməkdaşlığını neomüstəmləkəçiliklə müqayisə edib.

Onun sözlərinə görə, Avropa Birliyi Kiyevlə iqtisadi əməkdaşlığı neomüstəmləkəçilik prinsipləri əsasında qurmağa çalışır.

“Sadəcə olaraq, Ukraynaya bütün qaydalar diktə edilir. Həm də əhalisi az olan kiçik bir Avropa ölkəsi deyil, qitənin ən böyük dövlətlərdən biri haqqında söhbət gedir. Neomüstəmləkəçilik prinsipləri Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmada da aydın əks edilib. Faktiki olaraq, Avropa normaları və təlimatları milli qanunvericiliyin, eyni zamanda milli maraqların üstündədir”, - Rusiya hökumətinin başçısı yazır.

Rusiyanın baş naziri qeyd edir ki, Ukrayna Avropa Birliyinə hər şeydən əvvəl xammalın bəzi növlərinin mənbəyi və Avropa şirkətləri üçün satış bazarı kimi lazımdır. D.Medvedev əmindir ki, Ukrayna müəssisələrinin əhəmiyyətli hissəsi ölkə bazarında Avropa malları ilə rəqabətə dözə bilməyəcək.

D.Medvedevin sözlərinə görə, lazım olan dəyişikliklərin qiyməti Ukraynaya 10 il ərzində 500 milyard dollara başa gələ bilər. O, keçmiş prezident Viktor Yanukoviçin vaxtında isə bu rəqəmin 160 milyard dollar olaraq hesablandığını xatırladıb. Rusiya baş naziri qeyd edir ki, Avropa Birliyindən bu xərclərin kompensasiyasını gözləmək sadəlövhlük olardı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm