Saakaşvilidən növbəti İDDİA: “Bu, Tiflis və Azərbaycana birbaşa müdaxilə yoludur”
Bizi izləyin

Dünya

Saakaşvilidən növbəti İDDİA: “Bu, Tiflis və Azərbaycana birbaşa müdaxilə yoludur”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiyanın ölkəsinə qarşı yeni təxribatlarını gözləyir.

Publika.az-ın verdiyi xəbərə görə, Saakaşvili Ukraynanın “ReeD” nəşrinə müsahibəsində Avar-Kaxetiya yolunun tikintisinə xüsusi diqqət yetirilməli olduğunu bildirib.

"Bu, Tiflisə və Azərbaycana birbaşa müdaxilənin yoludur. Hazırda “Cənub axını” layihəsindən imtina olunub. Belə vəziyyətdə Putin Azərbaycan qazının Gürcüstan vasitəsilə ixrac imkanını dayandırmaq üçün əmr verib. Biz yaxın vaxtlarda hər bir təxribatı gözləməliyik. Xoşagəlməz hadisələrin qarşısını almaq üçün dövlətdə immunitet olmalıdır”, - deyə Mixail Saakaşvili qeyd edib.

Sabiq prezidentin fikrincə, söhbət geosiyasi baxımdan çox zəif regiondan və təcavüzə tam hazır olan təhlükəli Putindən gedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm