Kiyevə xəbərdarlıq: “Ukraynaya hücum üçün daha bir müharibə meydanı var”
Bizi izləyin

Dünya

Kiyevə xəbərdarlıq: “Ukraynaya hücum üçün daha bir müharibə meydanı var”

“Rusiya Belarusda hərbi müharibə meydanını yaradıb. Buradan Ukraynaya, xüsusi olaraq Kiyev və Çerniqov istiqamətində hücum mümkündür”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Belarus jurnalisti, “Charter97.org” müxalifət internet-nəşrinin baş redaktoru Natalya Radina saytında dərc etdiyi məqaləsində yazıb.

“Qomeldə Rusiya əsgərlərinin peyda olması Ukraynada sensasiya oldu. Bəzi həmkarlarımın reaksiyası məni bir qədər təəccübləndirdi. Onlar soruşmağa başladılar ki, Krım və Donbas ssenarilərinin Belarusda təkrarı mümkündürmü? Xeyr, əziz ukraynalılar. Belarus artıq 20 ildir ki, Rusiyanın faktiki protektoratı altındadır. Bütün bu illər ərzində diktator Lukaşenko müstəqillikdən könüllü imtina edib və Rusiya ilə ittifaq dövləti yaratmaqla Rusiya pulu və enerji resurslarları sayəsində hakimiyyətini saxlayır. Bu təhlükədir, ilk növbədə Ukrayna üçün. Axı ölkəmiz bu gün faktiki olaraq Rusiya üçün hərbi müharibə meydanına çevrilir”, - belaruslu jurnalist qeyd edib.

Natalya Radina xatırladır ki, Lukaşenko bir neçə dəfə Belarus ordusunun Rusiya ordusu ilə vahid hərbi qruplaşma kimi hərəkət etdiyini bildirib: “Vahid ordunun hədəfi NATO-ya qarşı durmaqdır. Rusiya ilə birgə təlimlər zamanı Varşavaya nüvə zərbələrinin endirilməsi və Kalininqrad ərazisi vasitəsilə Litvaya hücum məşqləri yerinə yetirilib. Həm də Rusiya hərbçiləri Belarus Silahlı Qüvvələrinin formasını geyinmişdilər və Rusiya komandanlığına tabe olurdular. Həmin vaxt Belarusda Rusiya hərbi qulluqçularının ümumi sayı qeyri-rəsmi olaraq 3 minə qədər idi. Məlumdur ki, bu gün onların sayı daha çoxdur. Artıq 2015-ci ilin əvvəlində Belarusda Rusiya təyyarə bazasının yaradılması planlaşdırılıb. Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryev və Rusiya müdafiə naziri Sergey Şoyqu bildiriblər ki, təyyarə bazası Bobruyskda yaradılacaq. Şoyqunun sözlərinə görə, növbəti il Belarusa 12 “Su-27” döyüş qırıcısı, 2 ədəd tədris təyyarəsi və 4 ədəd “Mi-8” vertolyotu göndəriləcək. İyirmi dörd qırıcıdan ibarət “Su-27SM3” alayı isə 2016-cı ildə formalaşdırılacaq”.

Belaruslu jurnalist Belarusa göndəriləcək “Mi-8” vertolyotları ilə bağlı önəmli bir detalı diqqətə çatdırır. “Mi-8” vertolyotlarının əsasən desantçıların operativ daşınması üçün nəzərdə tutulduğunu deyən Natalya Radina hesab edir ki, hazırkı vəziyyətdə sözügedən vertolyotlar Rusiya xüsusi təyinatlı dəstələrini Çeniqov və ya Kiyevə ata bilərlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm