Medvedev Ukraynadan yazdı: - Hədə, qaxınc və nifrət:
Bizi izləyin

Dünya

Medvedev Ukraynadan yazdı: - Hədə, qaxınc və nifrət:

"Bizə yaxın olmuş, ticarət etdiyimiz, doğmalarımızı görməyə və istirahət etməyə baş çəkdiyimiz ölkə cəmi bir ilə bizim üçün xəyala çevrilib”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev "Nezavisimaya qazeta" nəşrində dərc edilmiş məqaləsində yazıb.

Bazar ertəsi işıq üzü görmüş "Rusiya və Ukrayna: yeni qaydalarla yaşayış" adlı məqaləsində müəllif postsovet illəri ərzində “Ukraynanın faktiki olaraq Rusiyanın hesabına yaşadığını” vurğulayıb.

"Rusiyanın təmin etdiyi investisiya və maliyyə güzəştlərinin həcmi 100 milyard dolları xeyli üstələmişdi. Yalnız güzəştli qaz qiymətləri hesabına Ukrayna 82,7 milyard dollara qənaət etmişdi. Çətin ki, Kiyevə belə hədiyyələr edən ikinci dövlət tapılsın”, - Rusiya baş naziri yazıb.

Medvedev hesab edir ki, Ukraynanın Avropa seçimi Qərbin təzyiqinin nəticəsidir. Onun qənaətinə görə, Ukraynanın etdiyi seçim onu iqtisadi uçurumun astanasına çatdırıb.

"Görünür, qonşularımız 90-cı illərin "ləzzətini" yenidən yaşamalı olacaq", - Medvedev proqnoz verib.

Krımın 2014-cü ilin yazında Rusiya tərəfindən ilhaqı məsələsinə Baş nazir cəmi iki kəlmə ayırıb.

"Krım 16 mart referendumu nəticəsində Rusiya tərkibinə qayıdıb. Qərar qəbul olunub və biz bu mövzunu bitmiş sayırıq", Rusiya Baş naziri vurğulayıb.

Məqalədə Moskvanın, Avropa seçimi etmiş Ukraynadan incik düşdüyü hiss olunur. Rusiya Baş nazirinin fikrincə bu seçim Ukraynanı düzgün yolundan azdıracaq.

"Ukrayna Avropa İttifaqına ilk növbədə xam mal təchizatçısı və hazır avropa məhsuluna müştəri bazarı kimi lazımdır”, - Medvedev qeyd edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynanı suveren dövlət kimi tanıdığını sübut etdirməyin ən yaxşı yolu Kiyevin seçimini tanımaqdır.

"Yeni münasibətlər qurarakən biz emosiyaları və "doğmalıq hissini" kənara qoyacayıq. Biz daha Ukraynanı havayı yedizdirmək niyyətində deyilik. Bu bizə əl vermir. Və düzünü desək, artıq boğaza da yığıb", - Dmitri Medvedev məqaləsini bu sözlərlə bitirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm