Rubl çökdü - Rusiyalı biznesmen intihar etdi - VİDEO
Bizi izləyin

Dünya

Rubl çökdü - Rusiyalı biznesmen intihar etdi - VİDEO

Moskvanın Tver küçəsində, “Nasional” mehmanxanasında biznesmen intihar edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, 68 yaşlı biznesmen İvan Şervaşidzenin intihar anı mehmanxananın kameralarına düşüb.

Biznesmen intiharı etməzdən əvvəl bir müddət dəhlizdə gəzişib. Onun əlində çanta və paket olub. Bəzi məlumatlara görə, biznesmenin əlindəki silah 9 millimetr kalibrli İtaliya istehsalı “Lyuqer" tapançasıdır. O, tapançanın lüləsini ağzına qoyaraq tətiyi basıb.

Atəşin səsinə gələn mehmanxana işçiləri polisi çağırıb. Biznesmenin cəsədinin müayinəsi zamanı tədqiqatçılar onun üzərində ölümqabağı qeydi aşkarlayıblar. İvan Şervaşidze onun külünün Qara dənizin üstünə səpələnməsini xahiş edib. Onun üzərindən həmçinin bəzi sənədlər və vəsiyyət blankları tapılıb.

Musiqi alətləri və musiqi avadanlığının satışı üzrə şirkətə başçılıq edən biznesmen intiharı əvvəlcədən planlaşdırıb və mirasını yaxın insanları arasında bölüşdürüb. İddiaya görə, ölkədə iqtisadi vəziyyətin pisləşməsi onun rəhbərlik etdiyi şirkətin işinə də mənfi təsir edib.

Rusiya Federasiyasının İstintaq Komitəsinin Moskva üzrə İdarəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm