Tehran 14 illik sirri açdı: terror aktı...
Bizi izləyin

Dünya

Tehran 14 illik sirri açdı: terror aktı...

Dekabrın 15-də Avstraliyanın paytaxtı Sidneyin mərkəzində yerləşən “Lindt” kafesində insanları girov götürən şəxslə bağlı İrandan şok iddia irəli sürülüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tehran “Şeyx Şaron” kimi tanınan Men Monisin İrana təhvil verilməsini istəyib.

İran Hərbi Hava Qüvvələrinin generalı İsmayıl Axmadi Moxaddam polisdəki mənbələrə istinadən bildirib ki, Tehran 14 il əvvəl Monisin təhvil verilməsini istəsə də, rədd cavabı alıb. İranlı generalın sözlərinə görə, Monis İranda dələduzluqda ittiham olunurdu.

Xatırladaq ki, dekabrın 15-də səhər saatlarında Monis Sidneyin mərkəzində yerləşən “Lindt” kafesində insanları girov götürüb.

O, 1964-cü ildə İranda doğulub. 1996-cı ildə Avstraliyaya köçüb. Men Monis Avstraliya qoşunlarının Əfqanıstandan çıxarılmasını tələb edərək həlak olmuş hərbçilərin ailələrinə bir neçə dəfə təhqiredici məktublar yazıb. Buna görə də o, 300 saatlıq ictimai işə məhkum edilib. 2014-cü ilin oktyabrında isə Monis seksual zorakılıqda ittiham olunub.

Girovların azad olunması əməliyyatında Monis öldürülüb. Lakin əməliyyat daha iki avstraliyalının həyatı bahasına başa gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm