Dünya
Fikirlərini bölüş, pulunu qazan...
Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisi (DGBŞ) "Biz avrointeqrasiya prossesini necə görürük?" düvizi altında gənclər üçün məqalə müsabiqəsi elan edib.
DGBŞ regional ofisindən Publika.Az-a
verilən məlumata görə, müsabiqədə məqsəd gənclərimizin Avropaya
inteqrasiyanı necə dərk etmələri və gələcək gözləntilərini
öyrənməkdir.
Eyni zamanda, Avropa standartlarının və dəyərlərinin düzgün başa
düşülməsini təşviq etməkdir.
Aşağıdakı kateqoriyalardan birini seçib yazmaq olar:
1) "Avrointeqrasiya dedikdə nə anlayırıq?";
2) "Azərbaycanın Avropaya inteqrasiyası dünən, bu gun və
sabah";
3) "Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycan gəncliyin
iştirakçılığı";
4)"Avrointeqrasiya gənclərin gözü ilə"
Hər bir yazı məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək.
Qiymətləndirmədə nəzərə alınacaq əsas kriteriyalar aşağıdakı
kimidir:
1) navatorluq;
2) faktiki məlumatlardan istifadə;
3) yeni baxış
4) Yazının reallığa uyğun olaraq analitik təhlili;
5) Beynəlxalq təcrübədən faydalanmaq
Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı yazıları
seçəcək və bu qaliblər pul mükafatı və dəyərli hədiyyələrlə təltif
olunacaq. Qiymətləndirmənin obyektivliyini təmin etmək üçün yazılar
kodlaşdırılacaq və yalnız qiymətləndirmə bitdikdən sonra adlar
açıqlanacaq.
Təkliflər 1 may 2012-ci il, saat 18:00-a qədər [email protected]
ünvanına göndərilə bilər.
Rüfət Əhmədzadə
Publika.Az
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü