Yəhudilər Putinə qarşı çıxdılar: Gəlməsin!
Bizi izləyin

Dünya

Yəhudilər Putinə qarşı çıxdılar: Gəlməsin!

Çexiya yəhudi cəmiyyəti Auşvits həbs düşərgəsinin azad edilməsinin 70-ci ildönümü münasibətilə 2015-ci ilin yanvar ayında keçiriləcək tədbirə Rusiya prezidenti Vladimir Putinin dəvət olunmasına qarşı çıxıb.

Publika.az-ın xarici mediaya istinadən məlimatına görə, cəmiyyət Putinin gəlişini yersiz adlandırıb. Təşkilatın bəyanatında qeyd olunur ki, Rusiya “beynəlxalq danışıqlara hörmət etmir, özünü aqressiv aparır və hakimiyyətindən istifadə edərək qonşu dövlətlərin ərazisini işğal edir”. Buna görə də yəhudi cəmiyyət hesab edir ki, Putinin yürütdüyü hazırkı siyasi vəziyyətə görə, onun tədbirdə iştirakı düzgün hesab olunmur.

Qeyd edək ki, Çexiya prezidenti Miloş Zeman Rusiya lideri Vladimir Putin, eləcə də ABŞ, Fransa, Böyük Britaniya da daxil olmaqla nasizimlə mübarizə aparan ölkələrin liderlərini Çexiyaya dəvət edib. Praqada keçirilən xatirə tədbirinin təşkilatçısı yəhudi təşkilatlarıdır.

Auşvits (Osventsim) həbs düşərgəsi nasist Almaniyası tərəfindən işğal edilmiş Polşa ərazisində yerləşib. Düşərgə 1940-1945-ci illərdə fəaliyyət göstərib. Rəsmi hesablamalara görə, düşərgədə 1,4 milyon insan öldürülüb. Onlardan 1,1 milyonu yəhudi əsilli insanlar olub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm