Dünya
Kremldən Lukaşenkoya xəbərdarlıq: “Qəddafi və Səddamın taleyini xatırla”
Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Aleksey Puşkov Belorus prezidenti Aleksandr Lukaşenkoya xəbərdarlıq edib.
Publika.az-ın verdiyi xəbərə görə, komitə başçısı “Twitter” səhifəsində ABŞ-la dostluğu təhlükəli adlandırıb və “təhlükəli təcrübə"ni yada salıb.
“Miloşeviç Slobodan, Müəmmər Qəddafi, Səddam Hüseyn ABŞ-la dostluq etməyə çalışırdı. Onların taleyi məlumdur. ABŞ indi "yeni münasibətləri” Lukaşenkoya təklif edir. Təhlükəli təcrübə..." A.Puşkov yazıb.
Dekabrın 17-də ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland Belarus və ölkəsinin son illər ərzində ikitərəfli münasibətlərdə kiçik irəliləyişə nail olduğunu bildirib. O həmçinin qeyd etdi ki, ABŞ Belarusla dialoq üçün açıqdır.
Eyni zamanda A.Lukaşenko Belarus məhsullarının idxalına qadağa qoyan Moskvanı Gömrük İttifaqının normalarını pozmaqda ittiham edib. Üç gün əvvəl isə Belarus prezidenti Rusiya ilə ticari hesablaşmalarında rubldan imtina edərək, dollar və avrodan istifadə etmək barədə göstəriş verib.
Lukaşenko həmçinin hökumətə Belarus məhsulları üçün yeni satış bazarları tapmaq barədə tapşırıq verib.
Ömər Dağlı
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO