Yeni doğulan körpəni tualetə atdı
Bizi izləyin

Dünya

Yeni doğulan körpəni tualetə atdı

Çində bir qadın tualetdə dünyaya gətirdiyi uşağı orada qoyaraq aradan çıxıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Şenyang vilayətində baş verib.

Bir mənzildə körpənin ağladığını eşidən qonşular polisə xəbər verib. Hadisə yerinə gələn polislər körpəni tualetdən tapıb. Yeni doğulmuş körpə dərhal xəstəxanaya aparılıb. Onun anası isə polislər tərəfindən qısa müddətdən sonra tutulub.

19 yaşındakı gənc ana polisə verdiyi ifadədə bildirib ki, sevgilisindən hamilə qaldıqdan sonra ailəsinə söyləməkdən qorxduğu üçün belə bir addım atıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm