Mebel ustası həyat yoldaşını və iki azyaşlı qızını qətlə yetirdi, sonra özünü öldürdü
Bizi izləyin

Dünya

Mebel ustası həyat yoldaşını və iki azyaşlı qızını qətlə yetirdi, sonra özünü öldürdü

Mebel ustası pnevmatik tüfənglə həyat yoldaşını və uşaqlarını qətlə yetirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adananın Yüregir mahalının Seyhan məhəlləsində baş verən hadisəni araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşlarının araşdırmaları zamanı ailəsinə qarşı amansızlıq etmiş şəxsin psixoloji problemələrinin olduğu müəyyənləşib. Məhz elə bu səbəbdən də həyat yoldaşı ondan ayrılmaq qərarına gəlib.

Bildirilir ki, 3 mərtəbəli binanın zirzəmisində mebel təmiri ilə məşğul olan Serhat Ö. 5 il öncə Sinem Ö. ilə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən 3 yaşında Selen və 7 yaşında Simge adlı iki qız uşağı dünyaya gəlib.

İddia edilir ki, psixoloji problemləri olan ər mütəmadi olaraq həyat yoldaşı ilə mübahisə edir, hətta dəfələrlə qadına əl qaldırıb. Beləcə, cütlük yola getmədiklərindən vəziyyət boşanma həddinə qədər çatıb. Sinem Ö. bir neçə gün öncə övladlarını da götürüb atası Kamal Tankerin evinə gedib. Dünən isə Serhat Ö. qayınatasının evinə gedib həyat yoldaşını geri dönməyə razı salmağa çalışıb. Uzun söz-söhbətdən sonra qadın evinə geri qayıtmağa razılıq verib. Lakin evə çatar-çatmaz cütlük arasında yenidən mübahisə yaşanıb. Bundan sonra Sinem uşaqlarını da götürüb yataq otağına gedib.

Gecə saatlarında yuxudan ayılan ər evdəki pnevmatik tüfənglə yataq otağına daxil olub və həyat yoldaşına üz nahiyəsindən atəş açıb. Bununla hirsi soyumayan Serhat qızlarını da qarın nahiyəsindən güllələyib. Daha sonra o, digər otağa keçib tüfəngi boğazına dirəyib və intihar edib.

Mebel ustası günorta saatları olmasına baxmayaraq, işə getmədiyindən onun yanında işləyən köməkçisi narahat olmağa başlayıb. Serhatın evinə yollanan köməkçi qapını döysə də açan olmayıb. Odur ki, o, dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları çilingərin köməkliyi ilə qapını açıb içəri daxil olublar. Bu zaman onlar Serhatın, Sinemin və onların qızlarının cansız bədənləri ilə qarşılaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədləri tibbi ekspertizaya göndəriblər.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm