Putin araq qarşısında geri çəkildi: “Olmaz” – VİDEO
Bizi izləyin

Dünya

Putin araq qarşısında geri çəkildi: “Olmaz” – VİDEO

“Spirtli içkilərin qiymətini artırmaq olmaz. Əks təqdirdə, rusiyalılar qeyri-leqal araqlardan istifadə etməyə başlayacaqlar”.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

V.Putin sriptli içkilərin qiymətləri üzərində sərt nəzarətin vacib olduğunu dilə gətirib. Prezident bildirib ki, çərşənbə axşamı Rusiya baş naziri Dmitri Medvedevlə də bu mövzunu müzakirə edib.

Rusiya dövlət başçısı vurğulayıb ki, müvafiq strukturlar bu barədə düşünməyə məcburdur. “Alkoqolizmə qarşı ağıllı üsullarla mübarizə aparmaq lazımdır", - Putin dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm