Lavrovdan Obamaya “üç təhlükə” cavabı: “...dünya üçün təhlükədir”
Bizi izləyin

Dünya

Lavrovdan Obamaya “üç təhlükə” cavabı: “...dünya üçün təhlükədir”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Barak Obamanın məşhur “dünya üçün üç təhlükə” nitqinə düzəliş edib.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın baş diplomatı “Kommersant” qəzetinə müsahibəsində İŞİD, Ebola və ABŞ-ın başqa ölkələri öz iradəsinə tabe etmək arzusunu dünya üçün üç əsas təhlükə adlandırıb.

Xatırladaq ki, ABŞ prezidenti BMT Baş Assambleyasının sentyabr ayında keçirilən 69-cu sessiyasında etdiyi çıxışında dünyanın, dolayısı ilə ABŞ-ın qarşısında dayanan təhlükələri bu cür sıralamışdı: Ebola virusu, Rusiya və İŞİD terror qruplaşması. “Böyük iyirmilik"in (“G20”) Avstraliyanın Brisben şəhərində keçirilən sammitində isə ABŞ prezidenti dünya üçün bir daha Rusiya təhlükəsindən danışdı və dünya üçün təhlükələr sırasında Rusiyanı ilk sıraya keçirdi.

“Ebola və İŞİD-dən başqa beynəlxalq hüquq üçün böyük təhlükə var. Bu dünya nizamının qurulmasında ABŞ-ın başçılığı ilə Qərbin üstün mövqelərini saxlamaq cəhdidir”, - Sergey Lavrov deyib.

Rusiyalı nazir həmçinin xəbərdarlıq edib ki, İŞİD emissarları artıq Rusiyaya yaxınlaşırlar: “İŞİD döyüşçüləri İraq və Suriyadan başqa, Əfqanıstanın şimalında meydana çıxıblar. Onlar Mərkəzi Asiyaya və beləliklə, Rusiyanın sərhədlərinə tamamilə yaxındır”.

Rusiyanın baş diplomatı digər təhlükələr arasında kütləvi qırğın silahlarının yayılmasını, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyinin adını çəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm