İŞİD pilotu diri-diri yandıracaq
Bizi izləyin

Dünya

İŞİD pilotu diri-diri yandıracaq

İŞİD tərəfdarları Rakka şəhərində əsir düşən iordaniyalı pilotun başının kəsilməsi yerinə diri-diri yandırılmasını istəyirlər.

Axar.az xəbər verir ki, terror təşkilatı “İraq Şam İslam Dövləti” terrorçularının dünən Suriyanın Rakka şəhəri üzərində vurduqları İordaniya Hava Qüvvələrinə aid F-16 hərbi təyyarəsinin pilotu baş leytenant Muat Safi əl-Kasiyəşbiyə nə ediləcəyini müzakirə ediblər.

İŞİD tərəfdarları 26 yaşlı əsir pilota ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin hava hücumlarında iştirak etdiyi üçün başının kəsilməsindən daha ağır cəza verilməli olduğunu bildirərək, gənc pilotun diri-diri yandırılmasını istəyiblər. Muat Safi əl-Kasiyəşbi haqqında təklif edilən daha bir edam forması isə əməliyyat başlayandan indiyə qədər 15 hava hücumuna qarşılıq olaraq başına 15 dəfə vurulmasıdır.

Bəzi İŞİD tərəfdarları İordaniya rəhbərliyindən əsirin reallaşdırdığı 15 hücuma qarşılıq 15 milyon dollar fidyə ödəməsini, həbsxanalarda olan bütün İŞİD üzvlərinin azad edilməsini və İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyadan dərhal çıxmasını tələb edir. İordaniya tələbləri yerinə yetirməsə, əsirin ən ağır şəkildə cəzalandıracağı bildirilib.

Döyüş davam edəcək

İordaniya rəhbərliyi isə İŞİD yaraqlılarının baş leytenant Muat Safi əl-Kasiyəşbini edam təhdidlərinə baxmayaraq, koalisiya əməliyyatlarına dəstək verəcəklərini açıqlayıb. İordaniya Media İşləri naziri Məhəmməd Momani dövlət televiziyasında çıxışında deyib:

“ABŞ rəhbərliyində yaradılan koalisiyaya girərkən əsirlər və şəhidlər olacağını bilirdik. Buna görə də terrora qarşı vətənimizi qorumağı davam etdirəcəyik”.

Qardaşı yalvardı

Muat Safi əl-Kasiyəşbinin böyük qardaşı Cavit İŞİD yaraqlılarından qardaşını bağışlamalarını istəyib:

“Qardaşım yanında Qurani-Kərim olmadan uçmazdı. Hər gün namazını qılan mömin adamdır. O yalnız ordunun ona verdiyi, rədd edə bilmədiyi əmrləri yerinə yetirib. Sizə yalvarıram, lütfən onu sərbəst buraxın”.

Yaraqlılar vurmayıb

ABŞ Mərkəz Qüvvələr Komandirliyi (CENTCOM) mövcud dəlillərin F-16 döyüş təyyarəsinin İŞİD tərəfindən vurulmadığını göstərdiyini bildirib:

“F-16 təyyarəsinin pilotu İŞİD tərəfindən əsir götürülsə də, dəlillər terror təşkilatının iddia etdiyi kimi təyyarənin İŞİD tərəfindən vurulmadığını açıq-aydın göstərir”.

Koalisiyanın Suriya və İraqdakı əməliyyatlarını yerinə yetirən CENTCOM komandiri Lloyd Austin iordaniyalı pilotun xilas edilməsi üçün əllərindən gələni edəcəklərini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm