Marqvelaşvili Putinə mesaj göndərdi
Bizi izləyin

Dünya

Marqvelaşvili Putinə mesaj göndərdi

Gürcüstan prezidenti Georgi Marqvelaşvili rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəyir.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı “İmedi” telekanalın efirində deyib.

“Biz Gürcüstan-Rusiya münasibətlərini nizama salmağa çalışmalıyıq. Ümid edirəm ki, müəyyən mərhələdə dövlətlərarası rasional münasibətləri qurmaq olar", - Gürcüstan prezidenti dilə gətirib.

Qeyd edək ki, Rusiya prezidenti də dekabrın 18-də keçirdiyi illik mətbuat konfransında Gürcüstan rəhbərliyi ilə mümkün görüşdən danışıb. O, bildirib ki, Gürcüstan rəhbərliyini Moskvada görməkdən sevinərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm