Dünya
İranda güclü zəlzələ
İranın Buşəhr vilayətinin cənubunda, Şonbeh şəhərində 5,3 bal gücündə zəlzələ baş verib. Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Seysmoloji Xidməti xəbər yayıb.
Yerli vaxtla saat 7:49-da baş vermiş zəlzələ nəticəsində bəzi evlərə ziyan dəydiyi bildirilir.
Xilasedicilər və ekspert qrupu hadisə yerinə göndərilib, hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Bunu Buşəhr əyalətinin Fövqəladə halları idarəetmə ofisinin rəhbəri Kazim Muradi deyib.
İlkin məlumata görə, bəzi evlərin divarlarında çatlar əmələ gəlib.
Şonbeh şəhəri Buşəhr şəhərinin 120 kilometr cənubunda yerləşir.
Qeyd edək ki, 2013-cü ilin aprel ayında Şonbeh şəhərində 6,1 bal gücündə zəlzələ baş vermişdi. Həmin zəlzələ nəticəsində 37 nəfər həlak olmuş, 850 nəfərdən artıq şəxs isə yaralanmışdı. Ümumilikdə, 700-dən çox ev tamamilə dağılmışdı.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı