Təyyarənin qəzaya uğradığı ərazidən 7 cəsəd tapılıb - FOTO
Bizi izləyin

Dünya

Təyyarənin qəzaya uğradığı ərazidən 7 cəsəd tapılıb - FOTO

İndoneziya rəsmiləri Yava dənizində qəzaya uğrayan AirAsia təyyarəsinin böyük bir hissəsini tapdığını elan edib.

Publika.az-ın məlumatına görə, rəsmilər bildiriblər ki, hidroakustik görüntülər təyyarənin yarısından böyük hissəsinin dənizin 30-50 metr dərinliyində olduğunu göstərir.

Lakin AirAsianın rəhbəri Toni Fernandes bu bəyanatları təkzib edərək, bunun yalnız vizual şəkildə müəyyənləşdirildiyini və hələ təsdiq olunmadığını bildirib.

Fövqəladə hallarda xilasetmə işçiləri dənizin nisbətən dayaz yerlərindən 4 cəsəd çıxarıb. Bununla yanaşı, çərşənbə axşamından bəri dənizdən çıxarılan cəsədlərin sayı 7-ə çatıb.

Axtarış və xilasetmə agentliyinin rəsmiləri üç metr hündürlüyündə dalğalar, güclü külək və bərk yağışlar Borneo adasının yaxınlığında təyyarənin qəzaya uğradığı ərazidə axtarışlara mane olduğunu bildirir.

Qeyd edək ki, göyərtəsində 162 sərnişin olan A320-200 Airbus təyyarəsi bazar günü İndoneziyanın Surabaya şəhərindən Sinqapura yollanarkən yoxa çıxıb. Hadisədən iki gün keçmiş təyyarənin qalıqları Yava Dənizində aşkar olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm