İstanbul terrorunu İŞİD törədib - DETALLAR
Bizi izləyin

Dünya

İstanbul terrorunu İŞİD törədib - DETALLAR

İstanbulda partlayış törədən terrorçu-intiharçı Riana Razanovanın İŞİD terror təşkilatı ilə əlaqəsi ortaya çıxıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Rusiya vətəndaşı Ramazovanın üzərindən tapılan mobil telefonda Suriyada İŞİD bayrağı altında terror təşkilatının üzvləri ilə çəkilmiş fotoşəkillər tapılıb.

Ramazovanın Rusiyanın Dağıstan Muxtar Respublikasından olduğu, ötən ilin iyun ayında Türkiyəyə turist olaraq gəldiyi bildirilir. Polis onun məhz terror aktı üçün Türkiyəyə gəldiyi, 7 ay bunun üçün Türkiyədə qaldığından şübhələnir. Terrorçunun Türkiyəyə Moskva üzərindən İstanbula gəldiyi və bir neçə dəfə Suriyaya girib-çıxdığı müəyyənləşdirilib.

Rusiya mənbələri də qadının terror qrupları ilə əlaqəli olduğunu iddia edib. Onunla bağlı Dağıstanda da istintaq başlayıb. “Kafkazpress” saytının xəbərinə görə, Ramazova evlidir və bir neçə uşağı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm