• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Uşaqlarının gözü qarşısında arvadını öldürdü

  • Dünya
  • 9 Yanvar 2015 16:22
  • 1 180 Baxış
Uşaqlarının gözü qarşısında arvadını öldürdü

2 uşaq anası, 20 yaşlı qadın övladlarının gözü qarşısında əri tərəfindən qətlə yetirilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maltepe Gülensu məhəlləsi Keşik küçəsində baş verən olay zamanı Özan Bozan Öznur Bozan adlı həyat yoldaşını aralarında yaranmış münaqişə zəminində öldürüb.

Polisin araşdırmaları zamanı oğurluq, narkotik maddə istifadəsi və başqasına bədən xəsarəti yetirmə cinayətlərinə görə həbsdə yatmış ərin 6 ay əvvəl də həyat yoldaşını vəhşicəsinə döydüyü məlum olub.

İddiaya görə, bu gün səhər saatlarında cütlüyün yaşadığı evdən qışqırıq səsləri gəlib. Lakin bir qədər sonra səsin kəsildiyini görən qonşular dərhal Özan Bozanın evinə daxil olublar. Bu zaman onlar evin dəhlizində Öznur Bozanın cəsədilə qarşılaşıblar. Həmin vaxt qonşular 1 və 6 yaşlarındakı övladlarının qadının cəsədini qucaqlayıb ağladıqlarının şahidi olublar. Onlar dərhal bu barədə polisə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları Öznur Bozanın aldığı 1 bıçaq zərbəsilə qətlə yetirildiyini müəyyənləşdiriblər. Daha sonra onun cəsədi tibbi ekspertiza üçün morqa göndərilib. Qətli törətməkdə şübhəli bilinən ər, bir neçə cinayət əməlinə görə əvvəllər məhkum olunmuş Özan Bozan isə hadisədən təxminən 1 saat sonra könüllü şəkildə polisə təslim olub. Qətlin hansı səbəbdən törədildiyini müəyyənləşdirmək məqsədilə onun ifadəsi alınıb.

Məlum olub ki, Özan Bozan narkotik maddə aludəçisidir və o, mütəmadi olaraq həyat yoldaşından pul tələb edirmiş. «Ər narkotik maddə almaq üçün həyat yoldaşından ona pul verməsini tələb edib. «Yox» cavabı aldıqda əsəbiləşən Özan Bozan Öznur Bozanı uşaqlarının gözü qarşısında qətlə yetirib və hadisə yerini tərk edib».

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR