SON DƏQİQƏ: Fransanı vəlvələyə salan qardaşlar öldürüldü - VİDEO
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: Fransanı vəlvələyə salan qardaşlar öldürüldü - VİDEO

Fransa polisinin təşkil etdiyi əməliyyatda mətbəə binasında mühasirəyə alınan iki qardaş öldürülüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, silahlılar - Səid və Şərif Kuaşi qardaşlarının əlindəki girovlar azad edilib.

Kuaşi qardaşları polisin “təslim ol” tələbinə “Təslim olmayacağıq, şəhid olmaq istəyirik, ölməyə hazırıq” cavabı vermişdi.

Qeyd edək ki, qardaşlar iki gün əvvəl “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edərək 12 jurnalisti qətlə yetirib, 11 nəfəri yaralamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm