Ermənistanın yeganə çıxışı da bağlanıb
Bizi izləyin

Dünya

Ermənistanın yeganə çıxışı da bağlanıb

Güclü qar və yolların buzlanması səbəbindən Ermənistanı Rusiyaya bağlayan, Gürcüstanın Yuxarı Lars Nəzarət-Buraxılış Məntəqəsindən keçən yeganə yol bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Nazirliyi məlumat yayıb.

Hazırda Gürcüstanın Ninosminda yaşayış məntəqəsi ilə Ermənistan sərhədindəki Bavra Nəzarət Keçid Məntəqəsi arasında yol bütün nəqliyyat vasitələri üçün bağlıdır. Çovğuna görə yolların təmizlənməsi işlərini davam etdirmək mümkün deyil. Lars sərhəd məntəqəsi yaxınlığında Gürcüstan FHN-in səylərilə qar “əsirliyindən” 200 avtomobil azad edilib, insanlar evakuasiya olunub.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, çovğun səbəbindən son günlər ölkənin bəzi bölgələrində avtomobil yollarında nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.

Gümri, Spitak şəhərləri, Azərbaycan və Gürcüstan sərhədləri istiqamətində yolların bəzi hissələrində avtomobillərin hərəkəti çətinləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm