Fransa etiraf etdi: “Terakt öz səhvimizdir”
Bizi izləyin

Dünya

Fransa etiraf etdi: “Terakt öz səhvimizdir”

Ekstremizmlə dünyanın bir çox ölkəsi üz-üzədir və terrordan əziyyət çəkir.

Axar.az xəbər verir ki, bu sözləri Fransanın Baş naziri Manuel Vals dilə gətirib. Vals Fransa hökumətinin terrorizmə qarşı mübarizədə boşluqlara yol verdiyini də bildirib:

“Söhbət ondan gedir ki, Suriyaya və İraqa yüzlərlə insan gedir və bu ölkələrdə terrorçuluq təlimləri keçirlər”.
Terror təlimi keçənlərin geri qayıdarkən həbslərdən və yoxlamalardan keçdiklərini xatırladan baş nazir buna baxmayaraq, təhlükəsizlik tədbirlərinin mükəmməl olmadığını etiraf edib:

“Əlbəttə, təhlükəsizlik sistemində boşluqlar var və biz bunu mütləq aradan qaldıracağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm