“Fitch” Rusiya şirkətlərinin reytinqini aşağı saldı
Bizi izləyin

Dünya

“Fitch” Rusiya şirkətlərinin reytinqini aşağı saldı

Rusiyanın suveren kredit reytinqinin “BBB”-dən mənfi “BBB”yə enməsinin ardınca “Fitch”agentliyi bu ölkənin 13 böyük şirkətinin reytinqini azaldıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə agentliyin xəbərində deyilir.

Reytinqi azaldılan şirkətlər arasında “Qazprom”, “Qazpromneft”, “Lukoyl”, “Tatneft”, “Novatek”, “Uralkaliya” “Atomenerqoprom”, Rusiya Dəmir Yolları, “Federal sərnişin şirkəti” və “Vahid energetika sisteminin federal şəbəkə şirkəti” kimi ölkə üçün strateji əhəmiyyətə malik şirkətlər yer alıb.

Xatırladaq ki, “Fitch” agentliyi yanvarın 9-da Rusiyanın suveren kredit reytinqini “BBB”-dən mənfi “BBB”yə endirib. Bu, “zibil səviyyə” adlanan sonuncu səviyyədir. “BBB-“dən aşağı reytinqli ölkələr investisiya üçün yüksək riskli və təhlükəli hesab edilir. Neftə qiymətinin və rublun dəyərinin kəskin aşağı düşməsi reytinqin endirilməsinin əsas səbəbi adlandırılıb.

Agentlik proqnozlaşdırır ki, 2015-ci ilin sonunda Rusiyada inflyasiya 8,5 faiz olacaq və büdcə kəsiri ümumi daxili məhsulun 3,7 faizini təşkil edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm