Rusiyadan kapital axını 151.5 milyard dollara çatıb
Bizi izləyin

Dünya

Rusiyadan kapital axını 151.5 milyard dollara çatıb

2014-cü ildə Rusiyadan kapital axını bütün proqnozları üstələyərək 151.5 milyard dollara çatıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında bildirilir. Hesabata əsasən bu rəqəm 2013-cü ilin müvafiq göstəricisindən 2.5 dəfə çöxdur.

2013-cü ildə ölkədən kapitaln axını 61 milyard dollar olub.

Rusiya üçün böhranlı 2008-ci ildə isə kapital axının ötən ilki göstəricidən 20 milyard dollar az olub - o zaman müvafiq rəqəm 133.6 milyard təşkil etmişdi.

2014-cü ilin noyabr ayında Rusiya Mərkəzi Bank ölkədən kapital axının 2014-cü ildə 128 milyard olacağını proqnozlaşdırmışdı.

Kapital axının maksimum həcmi 2014-cü ilin son 3 ayına təsadüf edib - həmin dövr ərzində özəl sektorda kapital axını 72.9 milyard təşkil edib, bu isə keçən ilin müvafiq dövründən 4.3 dəfə çoxdur - o zaman kapital axını 16.9 milyard dollara bərabər olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm