İranda mollanın geyimi hər kəsi təəccübləndirdi
Bizi izləyin

Dünya

İranda mollanın geyimi hər kəsi təəccübləndirdi

İranda dini xadim televiziyaya parlaq sarı geyimdə çıxmaqla tamaşaçıları təəccübləndirib.

Publika.az xəbər verir ki, Hoseyn Xademian dövlət televiziyasındakı verilişə sarı köynək, ayaqqabı və hətta sarı saatla çıxıb.

İran mollaları adətən ağ rəngli köynək və qara rəngli əba geyinir, ayaqqabı rəngi isə ya qara, ya da qəhvəyi olur.

Bu səbəbdən cənab Xademianın seçimi iranlı sosial media istifadəçilərini şoka salıb.

Bəziləri onun belə geyimdə efirə çıxmasını qınayarkən, digərləri onu meyvəyə oxşadıb.

"Sarı və qaranın kombinasiyası köhnə bananı xatırladır", - Facebookda bir istifadəçi yazıb.

Başqa biri isə onu sarı bülbülə bənzədib.

"Çəhrayı hicabla o çox yaraşıqlı olardı", digər istifadəçi yazıb.

Cənab Xademian isə bildirib ki, o geyimində "heç bir səhv görmür" və onun bu tərzdə geyinməyi ilk dəfə deyil.

Bundan əvvəl o çəhrayı geyimlə efirə çıxıb və bu, dramatikləşdirilməyib.

"Onunla müqayisədə geyimimin rəngi heç də yeni deyil. Həmçinin sarı digər rəng kimi təbii rəngdir", - Xademian bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm