Xarici aviaşirkətlər Rusiyadan üz döndərir
Bizi izləyin

Dünya

Xarici aviaşirkətlər Rusiyadan üz döndərir

Rublun sürətlə dəyərdən düşməsi və ağır iqtisadi vəziyyət Rusiyanı xarici aviaşirkətlər üçün sərfəli olmayan bir ölkəyə çevirib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bir sıra xarici aviaşirkətlər bu ölkəyə həyata keçirdikləri aviareyslərlə bağlı planlarını dəyişməyə başlayıb.

İlk növbədə Orta Asiyanın aviaşirkətləri Rusiyanın müxtəlif regionlarına marşrutları ləğv edir və yaxud da uçuşların intervalını artırırlar. Tacikistanın “Tajik Air” şirkətinin mətbuat xidmətindən bildirilib ki, 2015-ci ilin yanvar ayından Rusiyanın bir sıra şəhərlərinə uçuşların intervalı artırılıb. Rusiyanın regionlarına “Uzbekistan Airways” şirkəti də uçuşları azaldıb. “Air Armenia” isə daşınmaların kəskin azalması səbəbi ilə bir sıra reysləri ləğv edib.

Aviareyslərin ləğvi və azaldılması digər istiqamətlərdə də qeydə alınıb. Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” şirkəti hazırkı iqtisadi vəziyyət və tələbatın aşağı səviyyəsi ilə əlaqədar 2015-ci ilin yanvarın sonundan Rusiyanın bir sıra şəhərlərinə reyslərin sayını azaldacaq. Almaniyanın “Air Berlin” və Çexiyanın “Czech Airlines” də analoji addım atmağa hazırlaşır.

“Rublun dəyərinin düşməsi Rusiya bazarında bizim xidmətlərimizə güclü təsir göstərib. Şirkət hələ 2014-cü ilin mart ayından Rusiyadan Çexiyaya uçuşlara olan tələbatın azalmasını qeydə alıb. Biz bu tendensiyaya cavab olaraq Çexiya və Rusiya arasında müntəzəm reyslərin sayını azaltmaq qərarına gəldik”, - “Czech Airlines” şirkətinin mətbuat katibi Daniel Sabik bildirib.

Finlandiyanın “Finnair” şirkəti isə yanvarın əvvəlindən Rusiyanın bir şəhərlərinə uçuşları dayandırıb.

Qeyd edək ki, biznes nümayəndələri işsizliyin artdığını bildirir və miqrantların Rusiyadan axınını artacağını proqnozlaşdırırlar. Miqrantların ölkələrinə pul köçürmələri isə 2014-cü ilin ilk 10 ayında 2013-cü üçün eyni dövrü ilə müqayisədə 6,8 milyard rubl azalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm