Əsəd bazarda qətliam törətdi: 65 ölü
Bizi izləyin

Dünya

Əsəd bazarda qətliam törətdi: 65 ölü

Suriya ordusuna aid bir vertolyot Haseki şəhərindəki heyvan bazarına barel bombası atıb.

Publika.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə müxalifət təşkilatı olan Suriya Milli İnqilab Şurasından bildirilib.

“Hücumda 65 nəfər ölüb. Onlarla yaralı var. Barel bombasının atıldığı heyvan bazarı qan gölünə döndü. Bombanın təsirindən cəsədlər tanınmaz haldadır. Ölənlər arasında qadın və uşaqlar da var”, - açıqlamada deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm