Dünya
Nazirlər bir yerə toplandı
17-18 yanvar 2015-ci il tarixlərində BƏƏ-nin Əbu Dabi şəhərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) Assambleyasının 5-ci iclası keçirilib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən ANS PRESS-ə verilən məlumata görə, 150-dən çox dövlətin nazir və səlahiyyətli şəxslərinin iştirak etdiyi iclasda Azərbaycan Respublikasını müvafiq olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov başda olmaqla vəzifəli şəxsləri təmsil ediblər.
Ölkəmizin də üzv olduğu bu Beynəlxalq Agentlik 26 yanvar 2009-cu ildə Bonn şəhərində yaradılmış və alternativ, bərpa olunan enerji sahəsi üzrə dünyada ən mötəbər beynəlxalq təşkilatlardan biri hesab edilir. Hal-hazırda özündə 130-dan artıq dövlətin üzvlüyünü birləşdirən Assambleya İRENA-nın ən yüksək qərarverici səlahiyyətinə malikdir.
Assambleya üzv dövlətlərin vəzifəli şəxslərinin iştirakı ilə hər il öz iclasını keçirir ki, bu zaman İRENA-nın fəaliyyəti ilə bağlı olan iş proqramları, büdcə, hesabatlar, üzvlük haqqında müzakirələr aparılır və müvafiq qərarlar qəbul edilir.
Builki iclas çərçivəsində də nazirlər səviyyəsində dəyirmi masa keçirilib. Bu dəyirmi masada nazirlər səviyyəsində bərpa olunan enerji və enerji təhlükəsizliyi, enerji sektorunun transformasiyası, enerji sektorunda bərpa olunan enerjinin payının artırılması, müasir texnologiyaların inkişafı və s. mövzular üzrə müzakirələr aparılıb.
Bu il də sözügedən tədbirin keçirilməsi 17-22 yanvarda Əbu Dabidə keçirilən bir sıra tədbirlərlə üst-üstə düşmüşdür. 19-21 yanvar 2015-ci il tarixlərində Əbu Dabinin Milli Sərgi Mərkəzində keçirilən Ümümdünya Gələcəyin Enerjisi Sammiti iclası daha məhsuldar və maraqlı edib.
Xatırladaq ki, Azərbaycan Respublikası 2009-сu ildən İRENA-nın üzvlüyünə qəbul edilmiş və 2014-cü il mayın 2-də Milli Məclisin Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO