Obamadan İrana böyük jest, amma...
Bizi izləyin

Dünya

Obamadan İrana böyük jest, amma...

ABŞ prezidenti Barak Obama Konqresdə etdiyi çıxışında İrana böyük jest edib.

Publika.az xarici mətbuata istinadən verdiyi məlumata görə, dövlət başçısı İrana qarşı yeni sanksiyaların qəbul edilməsinin hazırda məntiqli olmadığını bildirib.

ABŞ prezidenti İrana qarşı yeni sanksiyaların qəbulunu nəzərdə tutan hər hansı qanuna veto qoyacağını vurğulayıb.

Qeyd edək ki, İranın nüvə proqramına dair İran və “altılıq” ölkələri arasındakı danışıqlar ötən il noyabrın 24-də nəticəsiz yekunlaşıb. Danışıqların 2015-ci ilin iyulunadək uzadılması barədə qərar verilib. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Çin, Fransa, İngiltərə və Rusiya) və Almaniya sanksiyaların ləğvinə qarşılıq İranın nüvə proqramının dayandırılmasına çalışırlar. İran isə bəyan edir ki, onun nüvə proqramı yalnız sülh xarakteri daşıyır.

Barak Obamadan Tehrana jest edildiyi bir vaxtda isə Rusiya və İran “S-300” zenit-raket komplekslərinin İrana çatdırılması haqqında müqaviləni imzalayıb. “Fars” xəbər agentliyinin yazdığına görə, razılaşma Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Tehranda iranlı həmkarı Hüseyn Dehqa ilə keçirdiyi görüşdə əldə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm