70 mindən çox erməninin Rusiyaya girişi qadağan edilə bilər
Bizi izləyin

Dünya

70 mindən çox erməninin Rusiyaya girişi qadağan edilə bilər

Rusiya ərazisində yaşayan 170 mindən çox Ermənistan vətəndaşı risk qrupuna daxildir. Yeni miqrasiya qaydalarına əsasən, onlar üçün Rusiyaya giriş 3 il müddətinə qadağan olunacaq.

Trend-in cümə günü REGNUM İA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Ermənistandakı səfirliyinin əməkdaşı Svetlana Stepanova deyib.Onun sözlərinə görə, həmin vətəndaşlar miqrasiya qanunvericiliyini pozub: "Bu, deportasiya deyil, ayrıca qərardır. Bu barədə qərar məhkəmə və ya yerli miqrasiya xidməti səviyyəsində qəbul edilir".

S.Stepanova qeyd edib ki, 2013-cü ildə 24 min Ermənistan vətəndaşının Rusiyaya girişi qadağan edilib, bununla da belə vətəndaşların sayı 31,5 min nəfərə çatıb: "2013-cü ildə 670 min Ermənistan vətəndaşı Rusiyaya gəlib. Bu da 2012-ci ilin göstəricisini (540 min) 20 faiz üstələyir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm