Dünya
Putinin dəhşətli planları barədə XƏBƏRDARLIQ: “Bu şəhərləri bir günə ala bilər”
“ABŞ və onun müttəfiqləri Baltikyanı ölkələri Rusiyanın müdaxiləsindən qorumaq üçün öz qoşunlarını bu bölgəyə yerləşdirməlidir”.
Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri ( Cimmi Karter administrasiyasında-red), məşhur politoloq Zbiqnev Bjezinski deyib.
Onun sözlərinə görə Rusiya prezidenti Vladimir Putin Baltikyanı ölkələri ildırm sürəti ilə nəzarət altına almağa çalışa bilər və bununla NATO çox pis vəziyyətə düşə bilər.
Ekspert bildirib ki, Vladimir Putinin bir gündə Riqa və Tallini tuta bilməsi ən faciəli ssenari hesab oluna bilər.
“Demək olar ki, bu şəhərlərin tutulmasında Vladimir Putinə bir gün vaxt lazım olacaq. Bu zaman ona müqavimət göstərə bilməyəcəklər”,-deyə Bjezinski vurğulayıb.
Analitik qeyd edib ki, Rusiyanın Baltikyanı ölkələri tutduğu təqdirdə Qərb dairələri nüvə münaqişəsinin yaranması təhlükəsinə məruz qalmadan heç nə edə bilməyəcək.
Politoloqun fikrincə, vəziyyətdən çıxış üçün müəyyən güclər ilkin olaraq genişlənməlidir. “Bu genişlənmə provakasiya kimi başa düşülməməlidir. Estoniyada Amerika əsgərləri Rusiyaya müdaxiləni həyata keçirə bilməyəcək. Putin də bunu anlayacaq, amma o biləcək ki, Estoniyaya girəcəyi təqdirə Amerika əsgərləri ilə toqquşacaq”.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər