Dünya
Beynəlxalq Valyuta Fondu Yunanıstanın yeni baş nazirini hədələdi
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristina Lagarde Yunanıstanın yeni baş nazirinə çox sərt mesaj göndərib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, BVF-nin icraçı direktoru Yunanıstanda parlament seçkilərində qələbə qazanan SYRİZA partiyasının avro bölgəsi qaydalarına hörmət etməli olduğunu deyib.
“Yeni bir razılaşma tələb edə bilməzlər. Problem “kəmərsıxma” paketində deyil, islahatların aparılmasındadır”, - o, bildirib.
Qeyd edək ki, SYRİZA partiyasının lideri, yeni baş nazir Aleksis Çipras Yunanıstanı kreditlə təmin edən Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunu işarə edərək “Yunanıstanın yeni hökuməti ədalətli, qarşılıqlı fayda verən və yaşamağa qadir olan bir həll üçün həmsöhbətləri ilə əməkdaşlıq etməyə və müzakirələr aparmağa hazırdır” söyləyib. Çiprasın hədəfində minimum maaşın 580 avrodan 751 avroya yüksəldilməsi, 700 avrodan az maaş alanlara və təqaüdçülərə 13-cü maaşın verilməsi, ən azı 300 min ailəyə yemək və elektrik kuponlarının paylanması, pulsuz səhiyyə xidmətlərinin göstərilməsi və yanacaq vergisinin ləğv edilməsi var. Bütün bunlar isə beynəlxalq kreditlərin qarşılığında icra olunan qənaət paketinin ləğvi anlamına gəlir.
Ömər Dağlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO