Belarusdan Putinə hədə: “Yeni SSRİ”ni tərk edərik
Bizi izləyin

Dünya

Belarusdan Putinə hədə: “Yeni SSRİ”ni tərk edərik

“Belarus razılıqların pozulacağı halda Avrasiya İqtisadi İttifaqından çıxa bilər”.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə mətbuat konfransında deyib.

“Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə düzəlişləri müqəddəs hesab edərək icra edəcəyik. Əgər razılıqlar pozularsa, qurumdan çıxmaq hüququnu özümüzdə saxlayırıq”, - Lukaşenko bildirib.

Lukaşenko həmçinin qeyd edib ki, Avrasiya İqtisadi İttifaqındakı partnyorlar Belarusun daha effektiv idarə sisteminə malik olduğunu başa düşüblər.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci ilin yanvarın 1-dən rəsmən fəaliyyətə başlayıb. Amma qurumun gələcəyi ilə bağlı kifayət qədər şübhələr var. Almaniyanın “Die Zeit” nəşri bir müddət əvvəl yazıb ki, Belarus prezidenti və onun qazaxıstanlı həmkarı Nursultan Nazarbayev yeni qurumda Vladimir Putinin vassalı olmaq istəmirlər. Belə ki, Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq tətbiq etdiyi sanksiyalara Qazaxıstan və Belarus qoşulmayıb. Bundan başqa, Belarus lideri Krımın zəbt edilməsinə qarşı çıxıb və hətta Rusiyaya öz ərazisinin bir hissəsini Monqolustana verməyi təklif edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm