Dünya
Ermənistan ordusunda çaxnaşma yaranıb
Ermənistan müdafiə naziri Seyran Ohanyan 6 erməni əsgərinin Azərbaycan ordusu tərəfindən məhv edilməsi səbəbindən təcili müşavirə çağırıb.
Ans press-in məlumatına görə, müşavirədə müdafiə nazirinin müavinləri və silahlı qüvvələrin baş qərargah rəisi, idarələrin müdirləri, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Müşavirədə müzakirə olunan məsələlər barədə geniş məlumat verilməsə də mətbuata verilən açıqlamada bildirilib ki, erməni ordusunda baş verən son intihar halı müzakirə edilib.
Belə ki, açıqlamada general Aleksan Aleksanyanın xidməti araşdırmanın nəticələrinin müdafiə nazirinə təqdim edildiyi bildirilib. Seyran Ohanyan deyib ki, Aykaz Barseqyanın intiharına səbəb olan günahkarlar qanun üzrə cəzalandırılacaq. Qeyd edək ki, bu gün silahlı qüvvələrimiz Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən 6 erməni əsgərini məhv edib. Yanvar ayı ərzində Ermənistan silahlı qüvvələri təxminən 23 əsgər itirib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu