Dahi şairin heykəli yoxa çıxdı
Bizi izləyin

Dünya

Dahi şairin heykəli yoxa çıxdı

Rusiyanın paytaxtı Moskvada dahi şair Aleksandr Puşkinin heykəli oğurlanıb.

Bu barədə məlumatı Moskva şəhəri Şimal-Qərb administrativ bölgəsinin idarəetmə orqanı yayıb.

Yerli hökumət qüvvələri şairin heykəlinin vandallar tərəfindən metalına görə oğurlandığını güman edirlər.

İdarəetmə orqanından bildiriblər ki, heykəl yüngül görünsə də, əslində çox ağır olub. Buna görə də texnikanın köməyi olmadan onu oğurlamaq mümkün olmazdı.

Qeyd edək ki, bu, heykəlin başına gələn ilk hadisə deyil. 1974-cü ildə açılışı olan heykəl bir dəfə də oğurlanıb.
Hazırda şairin heykəlinin axtarışı ilə polis məşğul olur.(anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm