İordaniyalı pilot diri-diri yandırıldı - VİDEO, FOTO
Bizi izləyin

Dünya

İordaniyalı pilot diri-diri yandırıldı - VİDEO, FOTO

İŞİD terror qruplaşması ötən ilin sonlarında girov götürdüyü iordaniyalı pilot Muat Safi əl-Kasiyeşbini edam edib.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, İŞİD internetdə iordaniyalı pilotun edam görüntülərinin olduğu beş şəkil yayıb.

Şəkillərdə İŞİD döyüşçüləri tərəfindən iordaniyalı pilotun diri-diri yandırılması təsvir edilib. Edam zamanı pilot qara qəfəsdə olub. Buna görə də İnformasiya agentliyi şəkillərin dəqiqliyini yoxlaya bilməyib.

Amma pilotun ailəsindən bildirilib ki, İordaniya ordusunun başçısı pilotun öldürülməsi barədə informasiyanı təsdiqləyib.

Qeyd edək ki, İŞİD terror qruplaşması iordaniyalı pilotun hansı üsulla öldürəcəyini müzakirə edirdi. Terrorçuların bir qismi girovu ABŞ koalisiya qüvvələrinə qoşulduğu üçün başını kəsərək həyatına son qoymağı düşünürdü. Digər tərəfdən, pilotun daha ağır işgəncə olaraq diri-diri yandırmaqla qətlə yetirmək istəyənlər də var idi. Bəzi İŞİD tərəfdarları isə onun 15 dəfə hərbi əməliyyatlarda iştirak etdiyini iddia edərək 15 güllə ilə ayaqdan-başa kimi güllələməyi məsləhət görürdülər.

Dövlət televiziyası isə pilotun bir ay əvvəl - yanvarın 3-də öldürüldüyünü iddia edib.

İordaniyalı vətəndaşlar pilotun yandırılması görüntülərinin yayılmasından sonra paytaxt Ammanın küçələrinə çıxaraq İordaniyada həbsdə olan İŞİD üzvlərinin edam edilməsini tələb edib.
İŞİD-in sərbəst buraxılmasını istədiyi şəxslərin isə edam edilməsi üçün başqa bir həbsxanaya aparıldığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm