İordaniya “qisas əməliyyatı”na başladı: 55 ölü
Bizi izləyin

Dünya

İordaniya “qisas əməliyyatı”na başladı: 55 ölü

İordaniya pilotunun İŞİD terror qruplaşması tərəfindən diri-diri yandırılmasından sonra ölkənin hərbi təyyarələri qruplaşmaya ilk zərbələrini endirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İordaniya Rakka şəhəri də daxil olmaqla İŞİD-in Suriyadakı bir çox mövqeyini vurub.

İordaniya dövlət televiziyasından verilən məlumata görə, aviazərbərlər nəticəsində İŞİD-in 55 üzvü ölüb.

Qeyd edək ki, İordaniya Kralı Abdullah pilot Muat Safi əl-Kasiyeşbini yandıraraq öldürən İŞİD terror qruplaşmasına sərt mesaj göndərib. Kral pilotun qanının yerdə qalmayacağını və İŞİD-i şəxsən özünün bombalayacağını bildirib.

İordaniya Krallıq Divanından verilən yazılı açıqlamaya görə, Kral Abdullah paytaxt Ammandakı Ordu Qərargahında yüksək rütbəli hərbçilərlə görüşündə İŞİD-ə veriləcək cavabın sərt olacağını deyib.

Xatırladaq ki, İŞİD ötən ilin sonlarında girov götürdüyü iordaniyalı pilot Muat Safi əl-Kasiyeşbini fevralın 3-də diri-diri yandıraraq öldürüb. Bundan dərhal sonra iraqlı terrorçu qadın Sajida əl-Rişavi ilə “Əbu Hüzeyfə” ləqəbli Ziyad Kerbuli edam olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm