Yaponiya jurnalistlərin pasportunu müsadirə edir
Bizi izləyin

Dünya

Yaponiya jurnalistlərin pasportunu müsadirə edir

Yaponiya Xarici İşlər Nazirliyi (XİN) Suriyaya səfərə hazırlaşan fotojurnalistin pasportunu müsadirə edir.

Y.Suqimoto fevralın sonlarında Suriyaya səfər edərək İŞİD haqqında foto materiallar hazırlamağı planlaşdırırdı. Lakin TBS televiziya kanalının verdiyi məlumata əsasən, Yaponiya XİN onun pasportunu müsadirə edib.

Telekanalın məlumatına görə, Yaponiyada pasportlar haqında qanuna əsasən, pasport sahibinin həyatını xilas etmək üçün belə bir addımın atılması tamamilə qanunidir. Lakin onun ilk dəfə tətbiqi cəmiyyətdə müəyyən qədər anlaşılmazlıq yaradıb. Yuiti Suqimoto isə ölkə hökumətini mətbuat azadlığını məhdudlaşdırmaqda günahlandırıb.

Xəbər verdiyimiz kimi, bu yaxınlarda İŞİD yaraqlıları girov götürdükləri yapon iş adamı Haruna Yukava və jurnalist Kenzi Qotonu qətlə yetiriblər. Eyni zamanda, internetdə yerləşdirilmiş videoda harada olmasından asılı olmayaraq yaponlara qarşı qəddar münasibət göstəriləcəyi vurğulanıb.

Faciə Yaponiyanın Baş naziri Şinzo Abenin Yaxın Şərq ölkələrinə səfəri və burada İŞİD yaraqlıları ilə mübarizədən əziyyət çəkən dövlətlərə humanitar yardımlar göstəriləcəyi barədə bəyanatından sonra baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm