İŞİD İranın daha bir generalını öldürdü
Bizi izləyin

Dünya

İŞİD İranın daha bir generalını öldürdü

“İraq Dövləti” (İŞİD) terror qruplaşması İraqda İran İnqilab Keşikçiləri korpusunun daha bir generalını öldürülüb.

Publika.az xəbər verir ki, İranın “Tasnim” agentliyi İran İnqilab Keşikçiləri korpusunun komandirlərindən olan Seyid Rza Hüseyni Mukaddemin Bağdadın şimalındakı Samirə şəhəri yaxınlığında öldürüldüyünü bildirib.

Ötən həftənin şənbə günü öldürüldüyü deyilən generalın “İŞİD-ə qarşı mübarizə aparmaq” üçün İraqda olduğu deyilir. İranın bir başqa xəbər saytı “Tabnak” sözügedən generalın, 5-ci diviziyanın kəşfiyyat-əməliyyat komandirinin köməkçisi olduğunu yazıb.

Qeyd edək ki, təxminən 1,5 ay əvvəl İran İnqilab Keşikçiləri korpusunun Hamid Takavi adlı generalı da Samirə şəhərində İŞİD tərəfindən öldürülmüşdü.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm