ABŞ Türkiyənin İncirlik bazasına əvəz tapdı
Bizi izləyin

Dünya

ABŞ Türkiyənin İncirlik bazasına əvəz tapdı

ABŞ İraq regional kürd rəhbərliyinin paytaxtı Ərbil yaxınlığında hərbi baza quracaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə kürd muxtariyyətinin Peşmərgə Nazirliyinin sözçüsü Helgurt Hikmət bildirib.

“IŞİD-ə qarşı hava əməliyyatları təşkil edən təyyarələrə dəstək vermək məqsədi ilə ABŞ tərəfindən bir hərbi baza qurulacaq. Bazanın Ərbil yaxınlığında qurulması nəzərdə tutulub. Hazırda hazırlıq işlər davam edir. Lazımı işlər görüləndən sonra təyyarələr bölgəyə göndəriləcək və hərbi səlahiyyətlilər gələcək. Təyyarələrin nə qədər olacağı və nə vaxt göndəriləcəyi hələ dəqiq deyil”, - Peşmərgə Nazirliyinin sözçüsü deyib.

O, İŞİD-ə qarşı qurulan koalisiyadakı 60 ölkənin də bazada təyyarələri saxlaya biləcəyini deyib.

Qeyd edək ki, ABŞ-ın Ərbildə hərbi baza quracağı ilə bağlı iddialar uzun müddətdir gündəmə gətirilir. Ancaq mövzu ilə bağlı ilk dəfədir ki, rəsmi açıqlama verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm