Amerikalı konqresmenlərin Gülənə “sevgi”sinin sirri
Bizi izləyin

Dünya

Amerikalı konqresmenlərin Gülənə “sevgi”sinin sirri

Xəbər verildiyi kimi, ABŞ Konqresinin 88 üzvü dövlət katibi Con Kerriyə məktub yazıb. Konqresmenlər məktubda Türkiyədə Fəthullah Gülənlə bağlı olan jurnalistlərin həbsinin gündəmə gətirilməsini istəyiblər. Məktubda qeyd edilir ki, Türkiyə hökumətinin ona qarşı çıxanları qorxutması, həbs etməsi və təzyiq altında saxlaması Türkiyənin sahib olduğunu iddia etdiyi bütün demokratik prinsiplər üçün təhdiddir.

Publika.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, Konqres üzvlərinin Fəthullah Gülənə olan “sevgi”sinin sirri ortaya çıxıb.

Məlumata görə, məktuba imza qoyanlardan 43-nə “Paralel dövlət” tərəfindən hədiyyələr verilib. “Takvim” qəzetinin əldə etdiyi məlumata görə, məktubun təşəbbüskarı olan respublikaçı Matt Salmonun da aralarında olduğu 26 konqresmenin Türkiyəyə səfəri təşkil edilib.

Gülən Mədəniyyətlərarası Dialoq Vəqfi, Türk-Amerika İttifaqı, Orta Şərq Türk-Amerika Federasiyası kimi təşkilatlarından istifadə edərək konqresmenlər üçün gəzintilər təşkil edib. Gəzintilər üçün isə ümumilikdə 250 min dollardan çox pul xərclənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm