• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD-ə qoşulanların sayı açıqlandı – ŞOK RƏQƏM

  • Dünya
  • 11 Fevral 2015 17:13
  • 1 163 Baxış
İŞİD-ə qoşulanların sayı açıqlandı – ŞOK RƏQƏM

ABŞ-ın xüsusi xidmət orqanları xarici ölkələrdən döyüşmək üçün İraq və Suriyaya gedən, burada “İraq Şam İslam Dövləti” (İŞİD) və digər terror təşkilatları sıralarına qatılan şəxslərin sayını açıqlayıb.

Publika.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, indiyədək dünyanın müxtəlif yerlərindən döyüşmək üçün Suriyaya və İraqa gedən adamların sayı 20 min nəfəri ötüb.

Məlumata görə, Terrorla Beynəlxalq Mübarizə Mərkəzi rəhbəri Nick Rasmussen də bu gün sözügedən məsələ ilə əlaqədar çıxış edəcək. Onun çıxışında 3,4 min nəfəri Qərb ölkələrindən olmaqla, ümumilikdə 20 min xarici döyüşçünün İŞİD və digər terror təşkilatları sırasına qoşulmaq üçün Suriya və İraqa getməsi barədə rəqəmləri rəsmən açıqlayacağı gözlənilir.

Rəsmilərin sözlərinə görə, Suriya və İraqda döyüşən şəxslər arasında 150-yə yaxın ABŞ vətəndaşı da var. Bunlardan bəziləri Suriyaya girmək istəyərkən tutulub, bəziləri müharibə gedən ərazilərdə həlak olub, digərləri isə hələ də terror təşkilatları sırasında döyüşür.

ABŞ-ın kəşfiyyat orqanları bəyan edir ki, ayrı-ayrı ölkələrdən vuruşmaq üçün təkcə Suriyaya gedən döyüşçülərin sayı son 20 ildə Əfqanıstan, Pakistan, İraq, Yəmən və Somaliyə gedən adamlardan dəfələrlə çoxdur.

Birləşmiş Ştatların rəsmiləri qeyd edib ki, dünyanın 90 ölkəsindən Suriya və İraqa gedən döyüşçülərin bəziləri öz ölkələrinə geri qayıdan zaman potensial terrorçuya çevrilirlər və bu, cəmiyyət üçün ciddi təhlükə hesab olunur.

Bu arada ABŞ prezidenti Barak Obama da Birləşmiş Ştatlar ordusunun 3 il ərazində İŞİD-ə qarşı müharibə aparmasına icazə verilməsi üçün Konqresə müraciət etməyə hazırlaşır.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR