Dünya
Ukrayna böhranı həll olunur -VİDEO
Ukrayna böhranının həll edilməsi üçün Minskdə keçiriləcək görüş başlamaq üzrədir.
Publika.az xəbər verir ki, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko da Belarusun paytaxtına gəliblər.
Görüşdən əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko
həmkarlarını müstəqillik sarayında qarşılayıb. Avropalı liderllər
"Normand formatı" üzrə keçən danışıqlarda Moskva ilə hər hansı
razılığın baş tutacağına dair qarantın olmadığını xəbərdar edir.
Bununla belə Ukrayna lideri Pyotr Poroşenko Belarus prezidenti
Lukaşenko ilə görüşündə Minsk danışıqlarına böyük ümidlər
bəslədiyini və Minsk danışıqlarının dünyanın diplomatiya tarixinə
düşdüyünü bildirib.
Lukaşenko isə öz yerində Minskin istənilən vaxt Ukraynada sülhə və
gərginliyin azaldılmasına vasitəçilik etməyə hazır olduğunu
vurğulayıb. Görüşdən əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko
Avropa Birliyi ölkələri ilə eyni mövqedən çıxış edəcəklərini , əsas
məsələ heç bir şərt irəli sürmədən atəşkəs razılığının olmasını
deyib.
"Normand formatı"nda Ukrayna, Rusiya, Almaniya və Fransanın
liderlərinin iki dəfə görüşü olub, xarici işlər nazirləri isə 4
dəfə bir araya gəliblər.
Bu arada ABŞ-ın Avropadakı qoşunlarının komandanı bildirib ki, mart
ayından başlayaraq, ABŞ ordusu, Lvov şəhəri yaxınlığında yerləşən
təlim mərkəzində ukraynalı əsgərləri hazırlaşdıracaq.
X X X
Son məlumata görə, Pyotr Poroşenko görüşün keçirildiyi otağı tərk edib. Onun görüşün keçirildiyi Müstəqillik Sarayının ikinci mərtəbəsinə qalxdığı bildirilir. Zalda Olland, Merkel və Putin qalıb.
Otağa vaxtaşırı konsultasiyalar üçün nümayəndə heyətlərinin üzvləri daxil olur.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO