Rusiya qoşunu Ukraynadan çıxarılır: Minsk bəyannaməsinin DETALLARI
Bizi izləyin

Dünya

Rusiya qoşunu Ukraynadan çıxarılır: Minsk bəyannaməsinin DETALLARI

Minskdə 16 saat davam edən danışıqlardan sonra Rusiya, Ukrayna, Almaniya və Fransanın liderləri tərəfindən uyğunlaşdırılan Minsk bəyannaməsinin detalları açıqlanıb.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bəyannamə Donbas hövzəsinin özünüidarə orqanlarının hakimlərin təyinatında iştirakını, xalq milisinin yaradılması, xüsusi status və amnistiyanı nəzərdə tutur.

Qeyd edək ki, liderlər hələlik heç bir sənəd imzalamayıblar, sənəd şifahi şəkildə qəbul edilib. Amma separatçıların liderləri “Normandiya dördlüyü”nün razılaşdırdığı sənədin altından imza atıblar.

Razılaşmanın bəzi detalları məlumdur:

Donbasa xüsusi status verilir. Bu status dil təyinatı hüququnu tanıyır, amnistiya verilir, Rusiyanın regionları ilə əməkdaşlığa icazə verir.

Ukrayna 2015-ci ilin sonuna kimi Konstitusiya islahatı həyata keçirir. İslahat mərkəzi hakimiyyətin nəzarətini azaldır, yerlərə daha geniş səlahiyyətlər verir.

Bütün qanunsuz hərbi birləşmələr tərksilah edilir. Bütün xarici silahlı qüvvələr, hərbi texnika, muzdlular ATƏT nəzarəti altında Ukraynadan çıxarılır.

Təhlükəsizlik zonası kimi 50-140 kilometrlik məsafə müəyyən edilir və bütün ağır silahlar həmin zonadan geri çəkilir.

Bütün hərbi əsirlər, o cümlədən ukraynalı hərbi pilot Rusiyada əsir saxlanılan Nadejda Savçenko azad edilir.

5 gün ərzində bütün hərbi əsirlər "hamının hamıya" prinsipi ilə dəyişdirilir.

Donbasa təhlükəsiz humanitar yardım göstərilməsinə təminat verilir, sosial ödənişlərin bərpası şərtləri müəyyənləşdirilir. Bank sistemi bərpa olunur.

İlin sonuna kimi keçiriləcək Konstitusiya islahatları və Donbasa xüsusi status veriləndən sonra Ukraynanın Rusiya ilə dövlət sərhədinə tam nəzarəti bərpa etməsinə şərait yaradılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm