Politoloq: “Putinin bu planı sıradan çıxdı”
Bizi izləyin

Dünya

Politoloq: “Putinin bu planı sıradan çıxdı”

“Minsk sənədində bəndlərin əksəriyyəti birmənalı olaraq Ukrayna üçün əlverişlidir”.

Publika.az xəbər verir ki, bu sözləri ukraynalı siyasi ekspert Aleksey Qaran “Normandiya dördlüyü”nün (Ukrayna, Rusiya, Fransa və Almaniya) Minskdə Ukrayna münaqişəsinin həlli üzrə keçirdiyi görüşün nəticələrini şərh edərkən deyib.

“Putinin planı Donetsk və Luqansk vilayətlərinin ərazisində muxtar respublikaların yaradılmasından ibarət idi. Biz görürük ki, bu plan faktiki olaraq sıradan çıxıb. Ukraynanın ərazisindən xarici qoşunlar və texnika çıxarılacaq. Yəni, ruslar, çeçenlər, kazaklar və digərləri Ukraynadan çıxmağa məcburdur. Ukrayna qanunları üzrə yerli seçkilər keçiriləcək. Düşünürəm ki, hakimiyyətin tərəfdarları qələbə qazanacaqlar. Amma görünür ki, bütovlükdə vəziyyət dəyişəcək. Rusiya qoşunları olmayacaq, Ukrayna sərhədlərinə nəzarət edəcək. Bu bizə müharibəni dayandırmağa, diqqəti iqtisadi islahatlara yönəltməyə və Ukrayna ərazisinin 96 faizinə nəzarət etməyə imkan verəcək”, - politoloq bildirib.

Politoloq həmçinin Minsk sənədində “DXR” və “LXR” adlanan separatçı qurumlarının rəhbərləri olan Aleksandr Zaxarçenko və İqor Plotnitskinin adlarının hər hansı titrlərsiz getdiyinə diqqət çəkib: “Yekun sənəddə “LXR” və “DXR” haqqında heç bir xatırlatma yoxdur. Bu çox əhəmiyyətli məqamdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm