Dünya
ABŞ Konqresi Ukraynaya hərbi yardımla bağlı yeni qanun layihəsi hazırlayıb
ABŞ Konqresində Ukraynaya hərbi yardım göstərilməsini,
həmçinin silah çatdırılmasını nəzərdə tutan yeni qanun layihəsi
hazırlanıb.
Sənədin həmmüəllifləri nümayəndələr palatasının silahlı qüvvələr
üzrə iş komitəsinin sədri Mek Tornberri və konqresmen Adam
Smitdir.
Onlar Kiyevə həm silah və texnikanın verilməsinin, həm də təlim
proqramlarının təşkilinin də daxil olduğu hərbi yardım
göstərilməsini təklif edirlər. Bu yardımın xərcləri 1 milyard
dollar məbləğində nəzərdə tutulur.
Keçən il də ABŞ Konqresində “Ukraynada azadlığa dəstək qanunu”
hazırlanmışdı. O, əsasən Rusiyaya qarşı yeni, miqyaslı
sanksiyaların tətbiqini və Kiyevə silah verilməsini ehtiva edirdi.
Dekabrın ortalarında həmin sənədi imzalayan Barak Obama Ağ ev
administrasiyasının hələ ki, bu səlahiyyətdən istifadə etmək
fikrində olmadığını bildirmişdi.
Bu yaxınlarda senatın silahlı qüvvələr üzrə komitəsinin başçısı Con
Makkeyn senatorlar qrupu ilə birgə daha bir qəliz qanun layihəsi
hazırlamaq barədə niyyətlərini açıqlayıb. Onlar fevralın əvvəlində
keçirdikləri mətbuat konfransında ABŞ-ın Ukraynaya silah
çatdırılmasına dərhal başlamasının vacib olduğunu qeyd ediblər.
Demokratlar və respublikaçılar sırasından olan amerikalı
qanunvericilər Ukraynanın bəzi növ silahlara, o cümlədən tank
əleyhinə raketlərə, pilotsuz uçan aparatlara, radio-elektron
mübarizə vasitələrinə və zirehli avtomobillərə ehtiyacı olduğunu
bildirmişdilər.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi